CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə 4 nəfər həbs edildi

Dörd şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.
Sputnik

BAKI, 10 aprel — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər.

4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.