Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik

BAKI, 10 aprel — Sputnik. Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Arsen Torosyan parlamentin səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında bildirib.

Nazir qeyd edib ki, pasiyentin ölümü haqqında hələ ki, rəsmi məlumat yoxdur. Lakin onda olan məlumatlara görə, ölən 81 yaşlı kişidir.

Bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb. Son 24 saat ərzində yoluxanların sayı daha 16 nəfər artıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.