CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların banklara olan kredit borcları dondurula bilər

Millət vəkilinin təklifinə cavab verən Mərkəzi Bankın İdarə Heyətinin üzvü Elman Rüstəmov bu məsələnin hazırda müzakirə olunduğunu bildirib
Sputnik

 

BAKI, 9 aprel — Sputnik. "Xüsusi karantin rejimi dövründə vətəndaşların banklara olan kredit borcları dondurulsun". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu təkliflə deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Millət vəkilinin təklifinə cavab verən Mərkəzi Bankın İdarə Heyətinin üzvü Elman Rüstəmov bu məsələnin hazırda müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, bu gün Milli Məclisin iclası keçirilir. Baş Nazir Əli Əsədov iclasda videohesabat verərək bildirib ki, koronavirusla bağlı təsdiq olunmuş Tədbirlər Planı vaxtında icra ediləcək.