FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Aprel, gümüşü meşə, səssizlik - Azərbaycanın turizm cənnəti boşaldı

Sputnik

Azərbaycanın turizm cənnəti, dilbər güşələrindən sayılan Qəbələ rayonu indi özünün ən sakit və səssiz günlərini yaşayır. Dünyanı bürüyən karonavirus pandemiyası buradan da yan keçməyib.

Sputnik Azərbaycan bildirir ki, karantin səbəbilə şəhərin mərkəzi küçələrində sakitlik hökm sürür, parklar və istirahət mərkəzləri fəaliyyətini tam dondurub. Ərzaq mağazaları və apteklərdən başqa heç bir ticarət obyekti işləmir.

Həmişə qonaqlı-qaralı olan Qəbələdə yay-qış ümumilikdə 25-dən artıq dünya standartlarına cavab verən, eləcə də bir ulduz səviyyəsində müxtəlif otel və istirahət mərkəzi turistlərlə dolu olardı. Ötən ilin aprel ayında turistlərin çoxluğu səbəbilə nəqliyyatın sıxlığından şikayətlənənlər, personal çatışmazlığından əziyyət çəkən sahibkarlar hazırda o günlərin həsrətindədirlər.

1 / 12
Qonaqsız qalan Qəbələ
2 / 12
Qonaqsız qalan Qəbələ
3 / 12
Qonaqsız qalan Qəbələ
4 / 12
Qonaqsız qalan Qəbələ
5 / 12
Qonaqsız qalan Qəbələ
6 / 12
Qonaqsız qalan Qəbələ
7 / 12
Qonaqsız qalan Qəbələ
8 / 12
Qonaqsız qalan Qəbələ
9 / 12
Qonaqsız qalan Qəbələ
10 / 12
Qonaqsız qalan Qəbələ
11 / 12
Qonaqsız qalan Qəbələ
12 / 12
Qonaqsız qalan Qəbələ