Bu Avropa ölkəsində elektron poçtla prezident seçkiləri keçirilə bilər

Ən son məlumatlara görə, Polşada 5,2 mindən çox şəxs koronavirusa yoluxub. Virusa yoluxmuş 159 nəfər ölüb, 207 nəfər isə sağalıb
Sputnik

BAKI, 9 aprel — Sputnik. Polşa prezidenti Ancey Duda koronavirusun yayılma ehtimalı ilə bağlı seçkiləri elektron poçtla keçirmək barədə düşünür. Sputnik Azərbaycan xəbər verir ki, bunu prezident Polşa radiosuna müsahibəsində bildirib.

O vurğulayıb ki, prezident seçkilərini bu yolla keçirmək koronavirusla bağlı vəziyyətdən çıxmaq variantlarından biridir.

Duda qeyd edib ki, seçkilər elektron poçtla keçirilsə belə, qanunun bütün qaydalarına riayət olunmalıdır: "İlk pillədə əhalinin təhlükəsizliyi və sağlamlığı durur. Prezident kimi mənim üçün ən əsas olan budur".

Xatırladaq ki, Polşada prezident seçkilərinin ilk turu mayın 10-da keçirilməli idi.

Qeyd edək ki, ən son məlumatlara görə, Polşada 5,2 mindən çox şəxs koronavirusa yoluxub. Virusa yoluxmuş 159 nəfər ölüb, 207 nəfər isə sağalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.