CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarının "ucbatından" kökəlib-arıqlayan valideynlərə kömək

Məktəbəqədər və gündəlik xidmətlərin, həmçinin məktəblərin COVİD-19 alovlanması səbəbindən bağlanması, valideynləri uşaqların bütün gün ərzində evdə fəal və stimullu qalması kimi çağırışı ilə üz-üzə qoyub
Sputnik

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. UNICEF Azərbaycan bu gün veb-saytında və sosial media platformalarda (Facebook, Instagram və YouTube) COVID-19 böhranı zamanı evdə uşaqların qayğısına qalan valideynlər üçün içində faydalı fəaliyyətlər və məsləhətlər olan, özünün #LearningAtHome (#ÖvladımlaEvdə) təşəbbüsünə başlayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan ailələri üçün hazırlanan materiallarda diqqət qüvvədə olan xüsusi karantin tədbirləri zamanı müxtəlif oyunlardan yaradıcı şəkildə istifadə edərək uşaqların stimullaşdırılmasına yönəlib.

"Biz bilirik ki, məktəbəqədər və gündəlik xidmətlərin, həmçinin məktəblərin COVİD-19 alovlanması səbəbindən bağlanması, valideynləri uşaqların bütün gün ərzində evdə fəal və stimullu qalması kimi çağırışı ilə üz-üzə qoyub. UNICEF bu çətin zamanlarda ailələrə kömək etmək üçün bəzi praktiki ideyalar və tövsiyələr təklif etmək istəyir", - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin bildirib.

O qeyd edib ki, yeni resurslara daxil olan fəaliyyətlər uşaqları məşğul saxlamaqla yanaşı, beyinlərini də inkişaf etdirməyə kömək edir: "Növbəti 15 gün ərzində biz ailələrin iştirak edə biləcəyi bir sıra əyləncəli #LearningAtHome çağırışları və təşəbbüsləri ilə yanaşı, valideynlərə övladlarının fəallığını təmin etmək, beyinlərini stimullaşdırmaq və valideynlərlə uşaqlar arasında bağları dəstəkləmək haqqında praktiki təklifləri də təqdim edəcəyik.

Səhifədə onlayn olaraq yerləşdirilən fəaliyyətlər:

İstedad nə əngəl, nə karantin tanıyır: mənim kimi et - VİDEO

• Valideynlərə öz uşaqlarına ev şəraitində icra oluna biləcək istirahət və təhsil fəaliyyətlərinə dair xüsusi nümunələr vasitəsilə təhsil almaq imkanı verməyə kömək edir;

• Uzun müddətli özünütəcrid dövrlərində stress və gərginliyi azaltmağa kömək edə bilər;

• Rəqəmsal əlaqələr və birgə təcrübə vasitəsilə sosial təcrid təsirini yumşaldır

• Uşaqlar üçün özlərini risk etmədən öyrənə və oynaya biləcəyi sağlam bir mühit yaradır.

"Bu kritik zamanda, icmalarımızın təhlükəsizliyini qorumaq üçün evdə qalmaq lazım olduqda, biz hələ də birlikdə daha güclü ola bilərik. Ümid edirik ki, bütün ölkədə valideynlər digər valideynləri həvəsləndirmək məqsədilə öz məşğələlərini və yeni ideyalarını paylaşaraq, övladları ilə birlikdə keçirdikləri müxtəlif fəaliyyətləri əks etdirən qısa videoları və ya təsvirləri #LearningAtHome, #ÖvladımlaEvdə heşteqlərin-dən istifadə edərək dərc edəcəklər".

Qeyd edək ki, Təhsil Nazirliyinin https://edu.gov.az və Azərbaycan Təhsil İnstitutunun www.ilk5il.az/az/index veb-saytlarında uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində valideynlərə köməklik göstərmək üçün UNICEF-in yeni resursları yerləşdiriləcək.