CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hətta külünü də basdırırıq - Poliqondan koronavirus açıqlaması

Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir
Sputnik

 

BAKI, 8 aprel — Sputnik. Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin ƏliyevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb: "Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır. Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".