SƏHİYYƏ

Bu rəqəmlərə baxın və düşünün: bizi nə xilas edə bilər?

Son 24 saat ərzində bu virusa yoluxanların sayı 68225 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 7515 nəfər artım qeydə alınıb
Sputnik

BAKI, 8 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 1414100-ə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 81816 nəfər vəfat edib, 293986 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 68225 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 7515 nəfər artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 398 min 185 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 140 110 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.