CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda gündə 100 mindən çox maska satılır

Koronavirusla mübarizədə lazım olan, istifadə olunan tibbi vasitələr ölkəyə gətirilib, ölkədə tibbi maska istehsalına başlanılıb
Sputnik

BAKI, 8 aprel — Sputnik. Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Bu gün apteklərə 450 minə yaxın tibbi maska verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, gün ərzində 100 mindən artıq tibbi maska satılır: “Koronavirusla Mübarizə Fonduna, bu günə olan məlumata əsasən, 110 milyondan artıq vəsait toplanıb. Koronavirusla mübarizədə lazım olan, istifadə olunan tibbi vasitələr ölkəyə gətirilib, ölkədə tibbi maska istehsalına başlanılıb”.