Dünya nəhəngindən yeni "rekord" - bu, əsl faciədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik

BAKI, 8 aprel — Sputnik. Son 24 saat ərzində Birləşmiş Ştatlarda COVID-19-dan 1736 nəfər vəfat edib. Bu, ABŞ-da epidemiyanın başlamasından bəri qeydə alınan ən yüksək göstəricidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Nyu-Yorkda artıq nə edəcəklərini bilmirlər

Ümumilikdə Birləşmiş Ştatlarda koronavirusdan vəfat edənlərin sayı 12,7 mini keçib. Ən çox ölüm halı Nyu-Yorkda (4009) qeydə alınıb

ABŞ-da 398 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bu şəxslərdən 22 mini sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.