Boris Conson reanimasiyada, əvəzlənməsini istəyir

Conson koronavirusa yoluxduğunu martın 27-də bildirib. Həmin vaxtdan o, özünütəcriddə idi, amma işləyirdi
Sputnik

BAKI, 7 aprel — Sputnik. Böyük Britaniyanın COVID-19 xəstəliyinə görə intensiv terapiya şöbəsinə yerləşdirilən  Baş Naziri Boris Conson ölkənin Xarici işlər naziri Dominik Raabın onu əvəz etməsini istəyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Nazirin ofisinin yaydığı məlumatda deyilir.

"Baş Nazir Xarici işlər naziri, eyni zamanda birinci nazir olan Dominik Raabın lazım gələndə onu əvəz etməsini xahiş eləyib", - bəyanatda bildirilir.

Conson koronavirusa yoluxduğunu martın 27-də bildirib. Həmin vaxtdan o, özünütəcriddə idi, amma işləyirdi. Aprelin 3-də o, videomüraciət edərək deyib ki, qızdırması düşmək bilmir. Bazar günü axşam saatlarında Baş Nazirin ofisindən bildirdilər ki, o, lazımi analizlərin aparılması üçün xəstəxanaya çatdırılıb, ancaq bu, təcili hospitalizasiya deyil. Bazar günü axşam isə Consonun köməkçiləri bəyan ediblər ki, Baş Nazirin vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib.