CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan nazirliyə zəng edib yardım ala bilərsiniz

Bu məqsədlə, psixoloji yardıma ehtiyacı olan şəxslər 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in "112" qaynar telefon xəttinə müraciət edə bilərlər.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Sabahdan nazirliyə zəng edib yardım ala bilərsiniz Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, bundan sonra koronavirus infeksiyası ilə əlaqədar mənəvi sarsıntı keçirən vətəndaşlara psixoloji yardım göstəriləcək.

Belə ki, nazirlik tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub. Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in "112" qaynar telefon xəttinə müraciət edə bilərlər.