RUSİYA

Rusiyada bir gündə mindən çox koronavirus xəstəsi aşkarlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 43 regionunda 1154 koronavirusa yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 24 saat ərzində 11 nəfər ölüb.

Ümumilikdə bu xəstəliyə yoluxanların sayı 7497-ə çatıb. Onlardan 494-ü sağalıb, 58-i ölüb.

Rusiyada bu ana qədər koronavirusun aşkarlanması üçün 795 mindən çox test keçirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.