İQTİSADİYYAT

Qələbə qazananadək müharibə: Söhbət COVİD-19-la mübarizədən getmir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, əgər dünya bazarlarında neftin qiyməti indiki səviyyədə qalsa, onda neftin idxalına görə yüksək rüsumlar tətbiq edəcək.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanı hələ də neft hasilatının azaldılmasına dair razılaşmanın şərtlərində razılığa gələ bilmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu danışıqların gedişi ilə tanış olan mənbə "RİA Novosti"-yə bildirib.

"Tərəflər konkret sxem barədə razılığa gələ bilməyib, ona görə də böyük ehtimalla hər şey aprelin 9-u baş tutacaq OPEC+ iclasında həll olunacaq.

Agentliyin mənbəsi danışıqların yekunan dair proqnoz verməyə çətinlik çəkib. O qeyd edib ki, aprelin 6-sı (ilk görüş tarixi) razılaşma hazır olub, hətta bəzi iştirakçılar bunu öz aralarında belə razılaşdırıb: "Hər şey kvotalarla razılaşmayan Səudiyyə Ərəbistanının mövqeyinə görə pozuldu".

Neft qiymətləri inamla artır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, əgər dünya bazarlarında neftin qiyməti indiki səviyyədə qalsa, onda neftin idxalına görə yüksək rüsumlar tətbiq edəcək.

"Əgər onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) razılaşmasalar, mən rüsumlar tətbiq edəcəyəm. Çox yüksək rüsumlar. Çünki biz hazırda müstəqilik. Bizim öz neftimiz var", - deyə Tramp bildirib.

O eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar "xarici ölkənin neftini almaq istəmir".

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.