“Medianın bütün növlərində koronavirusla bağlı təbliğat xarakterli məlumatlar yayılmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Slavyan Universitetinin, Yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti, müstəqil jurnalist Mübariz Əhmədov deyib.
O bildirib ki, medianın təbliğatı insanlara virusdan düzgün qorunmağı aşılamalıdır:
“Medianın təbliğat xarakterli fəaliyyətini bütün sahələrdə görmək olur. Hazırkı vəziyyətdə medianın işi birə-beş çoxalıb. Amma bu təbliğatın qurulmasının da meyarları olmalıdır. Media materialları bədbin deyil, pozitiv notlara köklənməlidir. Hazırlanan materiallarda inandırıcılıq olmalıdır. İnsanlar görülən tədbirlərin onların sağlamlığının mühafizəsi üçün olduğuna inanmalıdırlar”.
Mübariz Əhmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz