CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da verilə bilər

ƏƏSM naziri Sahil Babayev: "Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək".
Sputnik

BAKI, 7 aprel - Sputnik. "Hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər.

"Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək",-deyə S.Babayev əlavə edib.

Nazir qeyd edib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.