CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hövsanda xüsusi karantin qaydalarını pozan sürücü həbs edilib

O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün "Mersedes" markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılması qısa zamanda təmin edilib. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilibr.

Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.