BAKI, 7 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan "Facebook"-da canlı yayım zamanı bildirib.
Baş nazir qeyd edib ki, son 24 saat ərzində yoluxanların sayı daha 20 nəfər artıb.
Ermənistan Baş naziri eyni zamanda qeyd edib ki, ölkənin Səhiyyə Nazirliyi həftə sonuna qədər gündə 1000 test həyata keçirilməsi üçün əlindən gələni edəcək: "Bu vəziyyəti daha yaxşı analiz etməyə imkan verəcək".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,2 milyonu keçib, 68 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.