Cənub zonasının yüksək dağlıq ərazilərinə qar yağıb

Qar yağmasına baxmayaraq  nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yoxdur.
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Aprel ayında Cənub bölgəsində qar yağıb.Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktörü Cavid Hüseynovun Sputnik Azərbaycanın bölgə müxbirinə verdiyi məlumata əsasən, 6 aprel tarixdən başlayaraq Cənub zonasına yağıntılar yağmağa başlayıb.

“Ötən gündən etibarən isə Lerik, Yardımlı rayonları ərazisinə və Astara rayonunun dağlıq ərazilərində qar yağmağa başlayıb. Qar ən çox Lerik və Yardımlı rayonları ərazisinə yağıb. Rayon mərkəzlərində 4-6 sm, yüksək dağlıq ərazilərdə isə 8-10 sm qalınlıqda qar yağıb. Yağışlar isə ən çox Lənkəran və Astara rayonları ərazisinə yağıb".

C.Hüseynov bölgədə 9 aprel tarixinə qədər qeyri-sabit hava şəraitinin davam edəcəyini bildirib.

Qeyd edək ki, qar yağmasına baxmayaraq qar yağan rayonlarda nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yoxdur.