CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəkdə, lavaşda, manqalda... - asudə günlərimizin "simvol"u ucuzlaşdı

Bakıda ən uzun növbələri son illərdə teatr-kino kassaları önündə deyil, daha çox dönərxana qarşısında görürdük. Karantin rejimi başlandı, dönərlər də daha yavaş dönməli oldu...
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Ölkədə karantin rejiminin elan olunması bir çox sahələrdə müştərilərin azalmasına səbəb olub. Nazirlər Kabinetinin 30 mart qərarı ilə 31 mart 00:00-dan 20 aprelədək bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla) qadağan edilir.

İndiyədək qərara uymayan bir neçə kafe sahibləri reydlər zamanı cəzalandırılıb. Bizim diqqətimizi çəkən isə populyarlığına görə Bakıda, demək olar ki, birinci olan dönərxanalardır.

Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO

Sputnik Azərbaycan bununla əlaqədar olaraq paytaxtın bir neçə yerində müşahidə aparıb. Paytaxtın bəzi yerlərində dönərxanalar bağlansa da, bəzilərində satış həyata keçirilir. Satışla yanaşı, həmişəki kimi çatdırılma xidməti də var.

Bəs alıcılıq qabiliyyəti azalıbmı? Apardığımız sorğu nəticəsində bəlli oldu ki, əlaqə saxladığımız bütün restoranlarda alıcılıq qabiliyyəti aşağı düşüb: "Siz sifarişi verin, biz vaxtında çatdıracağıq. Onsuz da səhərdən heç bir sifarişimiz olmayıb".

"Oturub dönər yeməyə icazə yoxdur. Sadəcə olaraq gəlib sifarişinizi özünüz də təhvil götürə bilərsiniz" , - restorandan bildirdilər.

Müştərilərin sayının azalması ilə əlaqədar qiymətlər də endirilib: "Ət dönəri əvvəl 2.80 AZN idisə, hazırda 2.30 AZN-dir. Toyuq dönəri isə 2 AZN-dən 1.70 AZN-ə düşüb. Amma əvvəl üstündə ayran verirdiksə, artıq ayran üçün əlavə pul ödəməli olacaqsınız", - deyə bizə digər restorandan verilən məlumatda bildirilib.

Böyük restoranların iş vaxtı 12:00-dan 15:00-dəkdir. 24 saat ərzində çatdırılma xidməti var. Lakin axşam saatlarından səhər 9-dək bəzi restoranlarda çatdırılma xidməti ödənişlidir. Digər yerlərdə qiymətlərdə enmələr olsa da, iri restoranlarda heç bir dəyişiklik yoxdur.