CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftçalada faciə: ata ilə beş yaşlı oğlu həlak oldular

Soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb
Sputnik

BAKI, 6 aprel — Sputnik. Neftçala rayonunda faciəli hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və onun övladı, 2015-ci il təvəllüdlü Aslan batıblar.

Onların meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.