Fantastik hekayənin Lənkəran variantı - FOTO

Şəhərdə polislərlə yanaşı, FHN əməkdaşları və DSX hərbçiləri xidmət apardıqları ərazilərdə nəzarəti gücləndiriblər
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq elan edilən genişmiqyaslı xüsusi karantin rejiminə Lənkəranda da əməl edilir.

Sputnik Azərbaycan bildirir ki, artıq Lənkəranda parklar və xiyabanlar bağlanılıb, küçələrdə tək-tük sakinlərə rast gəlinir. Şəhərdə polislərlə yanaşı, FHN əməkdaşları və DSX hərbçiləri xidmət apardıqları ərazilərdə nəzarəti gücləndiriblər.

Şəhər ərazisində rast gəlinən sakinlər saxlanılaraq onların evdən hansı səbəbdən çıxdıqları yoxlanılır. Zəruri səbəb müəyyən olunmadıqda sakinlərin evə qaytarılması təmin edilir.