Amerika neft şirkətinin obyektləri raket atəşinə tutuldu

Yataqlar Bəsrə əyalətinin qərbindəki Zubeyr kəndində yerləşir. Neft obyektlərinə beş raket buraxılıb. Raketlərdən biri 20 nömrəli iri neft quyusunun yanında düşüb
Sputnik

BAKI, 6 aprel — Sputnik. İraqın cənubunda ABŞ-ın "Halliburton" şirkətinin neft yataqları atəşə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Baghdad Today" saytı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayıb.

Məlumata görə, yataqlar Bəsrə əyalətinin qərbindəki Zubeyr kəndində yerləşir. Neft obyektlərinə beş raket buraxılıb. Raketlərdən biri 20 nömrəli iri neft quyusunun yanında düşüb.

Mənbənin sözlərinə görə, ölkənin təhlükəsizlik orqanları atəşin aparıldığı qurğunu aşkarlayıb və araşdırma aparılır.

Məlumdur ki, hücum zamanı Amerika şirkətinin mənzil qərargahında hava hücumu xəbərdarlığı eşidilib.

İraqın Neft Nazirliyindən bildiriblər ki, hücum nəticəsində heç kim xəsarət almayıb və maddi ziyan dəyməyib.