İranda koronavirusa yoluxanların sayı 60 mini keçdi

Bu ölkədə virusa yoluxan 60500 şəxsdən 24236-sı sağalıb. Koronavirusdan ölənlərin sayı isə 2898-ə çatıb
Sputnik

 

BAKI, 6 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2274 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 2274 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 60500-ə çatıb. Bir gün ərzində 136 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2898-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 60500 şəxsdən 24236-sı sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,2 milyonu keçib, 68 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.