BAKI, 6 aprel — Sputnik. Sahil qəsəbəsində, "Mayak" adlanan ərazidə, hərbi hissənin yanında ağır avtomobil qəzası baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı iki hərbçi dünyasını dəyişib.
Belə ki, 10-ZZ-706 dövlət nömrə nişanlı "VAZ-21014" markalı avtomobilin sürücüsü idarəetmənin itirərək, onu yolun kənarında durmuş iki hərbçiyə, sonra isə divara çırpıb.
Hər iki hərbçi yerindəcə həlak olub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub: "Yüksək sürətlə gəlirdi. Avtobusa çırpılmamaq üçün sağa çəkdi. Hərbçiləri vurdu".