Bu kiçicik mağazanın vitrinində hər kəsin görə biləcəyi sadə bir elan asılıb – “Ehtiyacı olanlara təmənnasız çörək verilir”. Videoda görünmək istəməyən mağazanın sahibi deyir ki, karantin vaxtında ehtiyacı olanların, günəmuzd çörək pulu qazananların güzəranı daha da çətinləşir. Məhz buna görə onlar əlindən gələn yardımı etmək qərarına gəliblər.
Sputnik Azərbaycan isə bu aksiya haqqında çox təsadüfi olaraq, sosial şəbəkələrdən birini izləyərkən görüb və bu xeyirxahlıq və əliaçıqlıq nümunəsini sizinlə bölüşmək qərarına gəlib.