BAKI, 5 aprel — Sputnik. Yüksək bədən temperaturu ciddi qan xəstəliyinin göstəricisi ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın əməkdar həkimi, televiziya aparıcısı Yelena Malışeva "Yaşamaq Yaxşıdır!" verilişinin efirində danışıb.
"Leykoz, kobud desək, qan xərçəngidir. Əgər yüksək temperatur uzun müddət qalırsa və ya daim temperatur pikləri izlənilirsə, qanı yoxlamaq lazımdır. Bu, leykositlərin dağılması deməkdir, onlar fəal deyillər və infeksiya bədənə daxil olur", - həkim bildirib.
Həkim Andrey Prodeus isə deyib ki, leykoz nəticəsində xərçəng hüceyrələri bədən hüceyrələrini vurur. Bununla yanaşı, o, normal temperaturun 36 və 37 dərəcə arasında tərəddüd etdiyini vurğulayıb.
"Beyin yüksək temperaturda mikrobların ölməsini təmin etmək üçün bədənin istiliyini artırır. Temperatur sadə bir şey deyil. Ona ciddi yanaşmaq lazımdır və əgər siz adi dərmanların köməyi ilə temperaturu aşağı sala bilmirsinizsə, mütləq qan analizi vermək və daha ciddi addımlar atmaq lazımdır", - Malışeva əlavə edib.
Bundan əlavə, Malışeva bədən istiliyini hansı şərtlərdə azaltmaq lazım olduğunu deyib: "Uşaqlarda 38-ə qədər, böyüklərdə isə 38,5-ə qədər temperaturu azaltmamaq da olar".
Leykozlar qanyaratma sisteminin (hemopoez) böyük bir xəstəliklər qrupudur.