HADİSƏ

İyirmi minədək nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Ümumilikdə martın 19-dan bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Sputnik

BAKI, 5 aprel - Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən bildiriblər ki, aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 33-ü rayon, 68-i paytaxt istiqamətinə olmaqla 101, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 14-ü rayon, 48-i paytaxt istiqamətinə olmaqla 62, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 51-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 126, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 185 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə martın 19-dan bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.