Azərbaycanda koronavirusa yoluxan iki nəfər vəfat edib

1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 
Sputnik

BAKI, 5 aprel - Sputnik. Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib.

Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub. 

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".