BAKI, 5 aprel - Sputnik. Yayın gəlişi ilə koronavirusun yayılma templərinin azalmasını gözləmək olar. Rusiyanın Paster adına Epidemiologiya və Gigiyena ETQ-nin direktor müavini Aleksandr Semyonov bu fikirdədir.
"Koronavirus bir müddət ətraf mühitdə yaşayır, lakin bu uzun müddət davam etmir. Virusun yayılması üçün optimal temperatur mübət 5-12 dərəcədir", - o əlavə edib.
Həmçinin quru isti hava COVID-19-un yayılması üçün əlverişli deyil, deyən Semyonov əlavə edib ki, bu mülahizəni təsdiqləmək üçün hələlik məlumat azdır.