BAKI, 5 aprel - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.
Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadla bildirir ki, hazırda ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qərargahdan bildirilib ki, Azərbaycanda 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.