Ümrədən qayıdan adam beş qohumunun ölümünə səbəb oldu

Cons Hopkins Universitetinin məlumatına görə, Türkiyədə ümumilikdə 20921 koronavirusa yoluxma halı təsbit edilib. 425 nəfər dünyasını dəyişib. Sağalanların sayı 484-dür
Sputnik

BAKI, 4 aprel — Sputnik. Türkiyə Təbiblər Birliyi Ailə Həkimliyi İdarəsinin rəhbəri həkim Filiz Ünalın açıqlamasına görə, Konyada karantinə götürülməyən ümrə ziyarətindən qayıtmış bir nəfərin 257 nəfəri virusa yoluxdurduğu məlum olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, xəstə atası, bacısı və əmisi də daxil olmaqla 5 yaxınının ölümünə səbəb olub.

Həkim həmçinin bildirib ki, səhiyyə işçilərinin test edilməməsi böyük səhvdir.

"COVID-19 şübhəsi olan hallarda test neqativdirsə, həmin şəxs öldüyü zaman koronavirusdan öldüyü qeyd edilmir. COVID-19 testi pozitiv olmayan şəxsə koronavirus müalicəsi yazılır, amma məlumatlarda o, koronavirus xəstəsi kimi qeydə alınmır. Bu zaman biz həkimlər reallığı görə bilmirik. Rəqəmlər doğru olmadığı üçün bizim narahatlığımız artır".

Cons Hopkins Universitetinin məlumatına görə, Türkiyədə ümumilikdə 20921 koronavirusa yoluxma halı təsbit edilib. 425 nəfər dünyasını dəyişib. Sağalanların sayı 484-dür.