Türkiyədən acı xəbər: ölənlərin sayı beş yüzü keçdi

Son məlumatlara görə, dünyada 1170159 nəfər SARS-CoV-2 virusuna yoluxub, 63832 nəfər COVID-19 xəstəliyindən ölüb, 237978 nəfər isə sağala bilib
Sputnik

BAKI, 4 aprel — Sputnik. Türkiyədə koronavirusa yoluxma halı sutka ərzində 20921-dən 23934-ə qədər artıb. Ölənlərin sayı isə artaraq 501-ə çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"Bu gün 19664 test aparılıb, 3013 yeni yoluxma faktı aşkarlanıb. Ümumi xəstə sayı 23934 olub. Bu gün 76 xəstəmiz həyatını itirdi. Ölənlərin ümumi sayı 501 oldu. Bu gün 302 xəstəmiz sağaldı. Sağalanların ümumi sayı artıq 786-dır", - nazir Twitter-də yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada 1170159 nəfər SARS-CoV-2 virusuna yoluxub, 63832 nəfər COVID-19 xəstəliyindən ölüb, 237978 nəfər isə sağala bilib.