CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda işləmək üçün icazəsi alınan, rayonda qalan şəxslərə şad xəbər

"Bakıya girişdə qurulmuş postlarda yoxlanışı həyata keçirən polislər sistemdə bu icazəni görə biləcəklər"
Sputnik

BAKI, 4 aprel — Sputnik. Bakıda işləmək üçün icazəsi alınan və rayon qeydiyyatında olan, rayonda yaşayan bəzi şəxslər Bakıya geri dönə biləcəklər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov ASAN Radio-da sualları cavablayarkən məlumat verib. O bildirib ki, şəxsin Bakıda çalışdığı şirkət tərəfindən icaze.e-gov.az portalı vasitəsilə onun fəaliyyətinə dair icazə alınarsa, bu zaman o, rayondan Bakıya geri dönə biləcək: "Bakıya girişdə qurulmuş postlarda yoxlanışı həyata keçirən polislər sistemdə bu icazəni görə biləcəklər. Bunun üçün arayışın foto variantının, şəxsiyyət vəsiqəsinin də olması tövsiyə olunur".

Qeyd edək ki, vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videomaterial hazırlanıb: