İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artır

Azərbaycan neftinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 4 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 3,90 dollar artaraq 24,14 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 4,17 dollar artaraq 34,11 dollar, "Light" markalı neftin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.