MƏDƏNİYYƏT

Populyar müsabiqə barədə yekun qərar qəbul edildi

Onlayn-şou "Avroviziya"nın rəsmi kanalı ilə yayımlanacaq. İki saat davam edəcək musiqi yarışması mayın 16-da Avropa vaxtı ilə 21:00-da start götürəcək. Şouda 41 ölkənin təmsilçisi çıxış edəcək.
Sputnik

BAKI, 4 aprel — Sputnik. "Avroviziya" musiqi yarışması ilə bağlı yeni qərar qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, təşkilatçılar yarışın onlayn şəkildə keçirilməsi barədə razılığa gəliblər. Bu haqda yarışın rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, onlayn-şou "Avroviziya"nın rəsmi kanalı ilə yayımlanacaq. İki saat davam edəcək musiqi yarışması mayın 16-da Avropa vaxtı ilə 21:00-da start götürəcək. Şouda 41 ölkənin təmsilçisi çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı " Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində “Kleopatra” mahnısı ilə Samira Əfəndi təmsil edəcək. 28 yaşlı Samirə Əfəndiyeva “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Azərbaycanın Səsi” (3-cü yer) kimi populyar musiqi proqramlarında yarışıb. O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.