CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlərə də qadağa gəldi – Evdən SMS-lə çıxa bilərlər

"Digər hallarda evlərini tərk edərlərsə, bunun üçün adi vətəndaşlar kimi sms göndərərək icazə almalıdırlar"
Sputnik

BAKI, 3 aprel — Sputnik. Mətbuat işçilərinin evdən çıxmaları ilə bağlı icazə və məhdudiyyətlərə aydınlıq gətirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"nin təqdimatı zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov məlumat verib.

O bildirib ki, iş çərçivəsində mətbuat işçiləri buraxılış vərəqəsi ilə evlərini tərk etdiyi halda, digər vəziyyətlərdə onlar da vətəndaşlar kimi sms göndərməldir: "Mətbuat işçilərinin iş çərçivəsində sistemdə qeydiyyata düşməyə ehtiyacı yoxdur. Amma digər vəziyyətlərdə onlar da vətəndaşlar kimi sms göndərməlidirlər".