Gürcüstanla sərhədi keçdikdən sonra özündə hərarət və öskürmə kimi simptomlar müşahidə edən Tural Ağayev ailə üzvləri ilə görüşmədən özü həkimlərə müraciət edib və son iki həftə karantin şəraitində keçirib – tamamilə təcrid edilmiş, palata pəncərələrində barmaqlıqlar və tam tənhalıq.
Amma bunun əsas səbəbi aydındır – o sadəcə özünü deyil, öz ailəsini və doğmalarını düşünüb və onları yoluxdurmaq istəməyib. Tural artıq karantin müddətini bitirib və evinə qayıdıb. Karantində hansı hisslər keçirdiyini və evə gəlincə gördüyü ilk işinin nə olduğunu isə videomuzdan öyrənin.