CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazə kodu bir gündə bir dəfə veriləcək

"Vətəndaş evdən çıxmaq üçün icazə almaq üçün SMS göndərərkən ona mesajla kod göndəriləcək. Həmin şəxs bu kodla bağlı ikinci müraciət edərsə, onda o yox cavabı alacaq"
Sputnik

BAKI, 3 aprel — Sputnik. "Vətəndaşlar evdən çıxmaq üçün SMS icazədə 1 koddan yalnız 1 dəfə istifadə edə bilərlər. Əks halda, vətəndaşlar bu haldan sui isitifadə edərsə karantin rejiminin pozulması ilə qiymətləndiriləcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. O bildirib ki, vətəndaş evdən çıxmağa icazə almaq üçün SMS göndərərkən ona mesajla kod göndəriləcək. Həmin şəxs bu kodla bağlı ikinci müraciət edərsə, onda o yox cavabı alacaq.

O, həmçinin qeyd edib ki, vətəndaşlar yaşadıqları yeri onlara cavab mesajı gələndən sonra tərk edə bilərlər: "Əgər icazə gəlməyibsə, vətəndaş evi tərk edə bilməz. Təcili təxirəsalınmaz yardım, məhkəmə sisteminə çağırıldıqda mesaj göndərmədən, onlara göndərilən çağırış vərəqələri ilə evi tərk edə bilərlər".