Ermənistanda koronavirusa yoluxanların sayı minə yaxınlaşır

Ümumilikdə Ermənistanda virusun yayılmasından bəri 43 nəfər sağalıb, 7 nəfər isə ölüb. Daha 3258 nəfər isə koronavirus şübhəsi ilə testdən keçirilib, lakin onların nəticələri neqativ olub.
Sputnik

BAKI, 3 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 736-ya yüksəlib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yaydığı məlumatda bildirilir.

Azərbaycanda daha 43 koronavirus xəstəsi tapıldı

Məlumatda qeyd olunur ki, virusa yoluxmuş 736 nəfərdən 686-sı müalicə alır.

Ümumilikdə Ermənistanda virusun yayılmasından bəri 43 nəfər sağalıb, 7 nəfər isə ölüb. Daha 3258 nəfər isə koronavirus şübhəsi ilə testdən keçirilib, lakin onların nəticələri neqativ olub.

Qeyd edək ki, koronavirusun yayılmasına görə Ermənistanda aprelin 14-nə kimi fövqəladə hal elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı bir milyonu keçib, 50 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.