İQTİSADİYYAT

Azərbaycan bir açıqlama ilə dünya neftinin qiymətini bahalaşdırdı

Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC+ görüşündə alyansın bütün ölkələrinin nazirlərinin iştirakının gözlənildiyini bildirib.
Sputnik

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Energetika Nazirliyinin neft qiymətlərinin stabilləşməsi üzrə aprelin 6-da OPEC+ görüşünün keçiriləcəyinə dair verdiyi məlumatdan sonra cümə günü "Brent" markalı neftin qiyməti qalxıb.

Azərbaycan neft danışıqlarına hazırlaşır – Dəvət gəlib

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 1,7 dollar artaraq bir barrel üçün 31,64 dollar təşkil edib. 

Bu arada "WTI" markalı neftin may fyuçersləri isə 0,31 dollar bahalaşaraq bir barrel üçün 25,63 dollar səviyyəsinə qalxıb.

Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC+ görüşündə alyansın bütün ölkələrinin nazirlərinin iştirakının gözlənildiyini bildirməsindən sonra "Brent" markalı neftin qiyməti artmağa başlayıb, "WTI" neftinin isə ucuzlaşması templəri xeyli azalıb.

Qeyd edək ki, görüşdə OPEC+ əməkdaşlığına dair yeni Bəyannamənin müzakirəsi planlaşdırılır.