CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yerlər yenidən dezinfeksiya edilir

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir, avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.
Sputnik

BAKI, 3 aprel — Sputnik. Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir. Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.