CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz Bakıda sərnişinləri qınayırıq, bölgələrdə isə...

Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur
Sputnik

BAKI, 3 aprel — Sputnik. Hər kəs paytaxtda sərnişindaşımada sıxlıqdan danışsa da, sən demə bölgələrimizdə də vəziyyət ürəkaçan deyil. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a bildirib ki, regionlar üzrə Operativ Qərərgahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə də ürəkaçan deyil:

"Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir. Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldır. Anlayış göstərən və hökümətin gördüyü zəruri və təxirəsalınmaz tədbirlərə dəstək olan bütün sərnişinlərimizə təşəkkür edirik".