CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşı 65-dən yuxarı olan tənha şəxslərin sayı açıqlandı

Bu şəxslərə xüsusi həssaslıqla yanaşılır və onlara sosial xidmətçilər tərəfindən evlərində yardımlar göstərilir.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanda koronavirusun yayılmasına görə bəzi təbəqələrə xüsusi qayğı göstərilir. Onlar arasında yaşı 65-dən yuxarı olan tənha şəxslər də var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda ölkəmizdə yaşı 65-dən yuxarı olan tənha şəxslərin sayı 12 min 65-dir. Nazirlikdən verilən məlumatda bildirilib ki, bu şəxslərə xüsusi həssaslıqla yanaşılır və onlara sosial xidmətçilər tərəfindən evlərində yardımlar göstərilir.