CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havayı yerə benzin sərf etməyin: qaytaracaqlar

"Bakıda qurulan postlar istirahət üçün öz avtomobillərində gəlmək istəyənləri geri qaytarmaq məqsədi daşıyır"
Sputnik

BAKI, 2 aprel — Sputnik. "Karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə cərimə tətbiq olunub, 127 nəfərə xəbərlarlıq edilib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Onun sözlərinə görə, insanların karantin rejiminə riayət etməsi üçün DİN-in kifayət qədər şəxsi heyəti və vasitələri var. Ə.Baqişev bildirib ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bütün şəhər və əraziləri bağlanılıb, postlar qurulub. O qeyd edib ki, Bakıda qurulan postlar istirahət üçün öz avtomobillərində gəlmək istəyənləri geri qaytarmaq məqsədi daşıyır. Onun sözlərinə görə, həmin postlardan insanlar avtomobilləri ilə birlikdə evlərinə göndərilir.