BAKI, 2 aprel — Sputnik. "Azərbaycanın bütün ərazisində virusun aşkarlanması qeydə alınıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir:" Artıq rəqəmlər son günlər 10, 20 nəfər artır. Ən doğru qorunma yolu özünü izolyasiya yoludur. Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir".