İranda Parlament sədri də koronavirusa yoluxdu

İranda yeni növ koronavirusa yoluxanların sayı 50468 nəfərdir. Onlardan 3160 nəfəri ölüb. Son sutka ərzində ölənlərin sayı 124 olub
Sputnik

BAKI, 2 aprel - Sputnik. İran Parlamentinin sədri Əli Laricaninin koronavirus testi müsbət nəticə verib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə IRIB İran Parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

"Bir sıra əlamətlər meydana gəldikdən sonra Parlament sədri koronavirus testi verib. Analizlər müsbət nəticə verdiyindən o, hazırda karantindədir və müalicə keçir", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, İranda yeni növ koronavirusa yoluxanların sayı 50468 nəfərdir. Onlardan 3160 nəfəri ölüb. Son sutka ərzində ölənlərin sayı 124 olub. 16711 nəfər isə sətəlcəmdən sağala bilib.