BAKI, 2 aprel — Sputnik. Bu gün Ümumdünya Autizm Maarifləndirmə Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, hər il olduğu kimi, bu il də autizmin bir xəstəlik olmadığı, bunun sadəcə olaraq bir fərqlilik olduğu, bu cür şəxslərin cəmiyyətdə digərlərindən əskik olmaması, onlarla bərabər hüquqa malik olması dünya ictimaiyyətinə çatdırılır.
Qeyd edək ki, bu gün dünyada doğulan hər 54 körpədən birində bu sindrom aşkarlanır. Qızlarla müqayisədə oğlanlar arasında bu rəqəm 4 qat yüksəkdir.
Fərqlilər bu dünyaya daha çox şey qazandıracaqlar, yetər ki, onlara dəyər verməyi və yanlarında olmağı bacaraq.