CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska axtarışı qadını telefonundan etdi

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Sputnik

BAKI, 2 aprel — Sputnik. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində apteklərdən birində satıcı işləyən qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazilriyinin məlumatına istinadla xəbər verir ki, həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin "LG" markalı mobil telefonunu götürüb hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra 35 manata metronun "20 Yanvar" stansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.