CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro bağlanandan sonra avtobuslarda ciddi sərnişin artımı olub

"Dünən ekspress xətlərdə 95 avtobus xəttə buraxılıb. Hər bir ekspress xətt üzər 85 ehtiyat avtobus var. Zərurət olduğu halda onları xəttə buraxa bilərik"
Sputnik

BAKI, 2 aprel — Sputnik. Martın 31-də ekspress xətlərdə 11 min, aprelin 1-də 27 min sərnişin daşınıb. Bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, metro bağlanandan sonra avtobuslarda 16 min sərnişin artımı olub. V.Kərimli əlavə edib ki, atobuslarla bağlı hər hansı çatışmazlıq yoxdur: "Dünən ekspress xətlərdə 95 avtobus xəttə buraxılıb. Hər bir ekspress xətt üzər 85 ehtiyat avtobus var. Zərurət olduğu halda onları xəttə buraxa bilərik. Amma biz daha çox maarifləndirmə tədbirləri aparmalıyıq ki, vətəndaşlar evdə qalmağa üstünlük versinlər. Zərurət olmadığı halda evdən çıxmasınlar".